CƏMİYYƏT


AFAD və RSXM birgə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair daha bir görüş keçiriblər

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu və Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AFAD və RSXM arasında zəlzələlərin tədqiqatı sahəsində birgə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair daha bir görüş keçiriblər.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş direktorun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov və müvafiq şöbələrin rəhbərləri iştirak ediblər.

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş Türkiyədə zəlzələlərin öyrənilməsi sahəsində aparılan işlər və bu sahədə Azərbaycana göstərmək istədikləri dəstək barədə danışıb.

Müzakirələrin nəticəsi olaraq tərəflər əməkdaşlığın çərçivələrinin dəqiqləşdirilməsi və bu istiqamətdə konkret addımların atılması haqqında razılıq əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.