İDMAN


AFC ASED-in döyüşçüsü Səbuhi Quliyev 5 illik fasilədən sonra ilk döyüşünü keçirib

Bakı, 26 oktyabr, AZƏRTAC

AFC ASED-in (ASED Fighting Championsip) döyüşçüsü Səbuhi Quliyev 5 illik fasilədən sonra ilk döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Soçi şəhərində "Motiv Varriors" təşkilatının keçirdiyi görüşdə təmsilçimiz rusiyalı Axmed Balkizov ilə qarşılaşıb.

Döyüş xal hesabı ilə rəqibin üstünlüyü ilə bitsə də, idmançımız yeni bir nəfəs ilə öz geri dönüşünü edib.

Məşqlərini daha da artıran S.Quliyev yanvarda növbəti döyüşünə çıxacaq. Təmsilçimiz Tbilisidə GFC liqasında titul döyüşünü keçirəcək. Rəqibi yerli idmançı Otarı Tanzilov olacaq. O.Tanzilov öz titulunu idmançımız ilə döyüşdə qorumağa çalışacaq.

Qeyd edək ki, S.Quliyev MMA üzrə dünya və dəfələrlə ölkə çempionatının qalibi olub. Təmsilçimizin peşəkar karyerasında 12 qələbə və 5 məğlubiyyəti var.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.