İDMAN


AFC ASED-in təşkilatçılığı ilə gənclər arasında Qran-Pri yarışı keçiriləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 26-da Bakıda "ASED Fighting Championship"in (AFC ASED) təşkilatçılığı ilə gənclər arasında MMA üzrə Qran-Pri yarışı keçiriləcək.

AZƏRTAC AFC ASED-ə istinadla xəbər verir ki, yarışda 8 komandadan 8 idmançı iştirak edəcək.

Altmış kiloqram çəki dərəcəsində keçiriləcək yarışda "AFC ASED"in "Gənc aslanlar" turnirindən seçilən idmançılar - İlham İsrafilov (“Qəbələ Olimpoya / Fuad Musayev Team"), Hüseyn Quluzadə (“Alfa Top Team”), Şahin Əliyev (“Gəncə FC"), Əli Əliyev (“Şəmkir / Yusif FC”), Xəzər Məhərrəmov (“Ağstafa FC”), Səid Cavadov (“Simral Team”), Qurban İbrahimov (“Abbasov Top Team”) və Kənan Şükürlü (“Alaqurşaq FC”) birincilik uğrunda mübarizə aparacaqlar.

Qalib idmançıya kubok və pul mükafatı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.