AFFA KOMANDALARI VƏ OYUNÇULARI CƏRİMƏLƏMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, dekabrın13-də AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilmişdir.
Tədbirdə XIV ölkə futbol çempionatının ötən həftə keçirilmiş 12-ci turunun oyunlarında baş vermiş hadisələr hüquqi baxımdan qiymətləndirilmişdir. Komitənin qərarına əsasən, “Gənclər birliyi”-“Şahdağ-Samur” görüşündə qonaq komandanın futbolçusu Səid Saladone “axırıncı ümid” foluna görə, meydançadan çıxarıldığından növbəti oyundan kənarlaşdırılmış, klub isə 1milyon manat cərimələnmişdir. Rəqibə qarşı kobud hərəkət etdiyi üçün həmin komandanın digər futbolçusu Abdu Situ Tavred də növbəti iki oyundan kənarlaşdırılmış, klub isə daha 10 milyon manat cərimə olunmuşdur.
“MKT-Araz”-“Qarabağ” qarşılaşmasında yerli komandanın futbolçusu Engün Özmən rəqibə qarşı kobud oynadığına görə növbəti iki oyundan kənarlaşdırılmış və klub 1 milyon manat cərimələnmişdir. Həmin görüşdə “MKT-Araz” komandasının 6 oyunçusu sarı vərəqə aldığına görə klub 5 milyon manat cərimə olunmuşdur. ”Neftçi”-“Karvan”oyununda yerli komandanın futbolçusu Vadim Boretsə göstərilən sarı vərəqə yanlış olduğu üçün ləğv edilmişdir. “Olimpik”-“Bakı” qarşılaşmasında yerli komandanın 4 oyunçusu sarı vərəqə aldığına görə klub 5 milyon manat cərimələnmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var