İDMAN


AFFA-NIN YENİ PREZİDENTİ RÖVNƏQ ABDULLAYEV SEÇİLDİ

AZƏRTAC xəbər verir ki, martın 14-də AFFA-nın növbədənkənar konfransı keçirilmişdir. Konfransın gündəliyinə yalnız AFFA prezidentinin seçilməsi məsələsi daxil edilmişdir. AFFA prezidentliyinə “Neftçi” klubunun və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Həvəskar Futbol Federasiyasının prezidenti Kamil Rəhimovun namizədliyi irəli sürülmüşdü.

Tədbirdə müxtəlif klubların nümayəndələri, dövlət strukturları ilə yanaşı, UEFA və FİFA təmsilçiləri də iştirak edirdilər. Mandat Komissiyasının sədri Cavanşir Yusifov seçki hüququna malik 30 nəfərdən 29 nəfərin iştirakını təsdiqlədikdən sonra konfransda yetərsay olduğunu elan etdi.

Daha sonra Kamil Rəhimov və Rövnəq Abdullayev öz platformaları haqda qısaca məlumat verdilər. Hər iki namizədin platformasında Azərbaycanda futbolun inkişafı üçün əsas müddəalar öz əksini tapmışdı. R.Abdullayev bu idman növündə yüksək irəliləyişə nail olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin futbolun inkişafına dair “Dövlət Proqramı”ndan irəli gələn bütün məsələləri həll edəcəyinə söz verdi.

Nəhayət, qapalı şəraitdə keçən səsvermədən sonra Rövnəq Abdullayevin AFFA-nın yeni prezidenti seçildiyi elan olundu. Səslərin 27-sini alan R.Abdullayev növbəti dörd il üçün AFFA-ya rəhbərlik etmək hüququnu qazandı.

Tədbirdə iştirak edən FİFA təmsilçisi Eva Paskuer və UEFA nümayəndəsi Jak Bondallaz R.Abdullayevi yeni vəzifəsi münasibətilə təbrik edərək, son illər Azərbaycan idmanında baş verən yüksəlişin futboldan da yan ötməyəcəyinə ümid etdiklərini vurğuladılar. Rövnəq Avdullayev FİFA-nın medalı ilə təltif olundu.

Konfransdan sonra R.Abdullayev mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.