İDMAN


AFFA PREZİDENTİNİN FİKRİ TƏHRİF OLUNMUŞDUR

AFFA-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, İcraiyyə Komitəsinin noyabrın 29-da keçirilən iclasından sonra mətbuat konfransında qurumun prezidenti Ramiz Mirzəyev futbol üzrə milli yığma komandanın baş məşqçisi vəzifəsinə namizədlər arasında yerli məşqçilərlə bərabər, Almaniyadan, Hollandiyadan, Rusiyadan, Ukraynadan da məşqçilərin, o cümlədən Türkiyədən Şenol Günəşin adının olduğunu bildirmişdi. Qeyd etmişdi ki, bu məsələ AFFA-nın prezidenti, vitse-prezidenti və baş katib arasında müzakirə olunmuşdur. Həmin namizədlərdən hər hansı biri ilə danışıqların aparıldığı barədə isə heç bir məlumat verilməmişdi.

Lakin bəzi mətbuat orqanlarında məsələ ilə bağlı qeyri-obyektivliyə yol verilmişdir. Adları çəkilən namizədlərlə guya danışıqlar aparılması barədə yalan informasiya yayan qəzetlər Şenol Günəşin məsələyə münasibətini dərc etməklə tərəflər arasında narazılıq yaratmaq məqsədi güdmüşlər.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti bunu bəzi şəxslər tərəfindən düşünülmüş növbəti bədxah addım kimi bir daha pisləyir və bu cür halların təkrarlanmasını yolverilməz hesab edərək, kütləvi informasiya vasitələrini obyektiv olmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.