İDMAN


AFFA “Qarabağ” və “Sumqayıt”ın futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Sumqayıt”ın futbolçularını cəzalandırıb

Bakı 25 may, AZƏRTAC

AFFA-nın İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla, üç oyunluq cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, buna hücumçunun “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçuya əl-qol atması səbəb olub.

Ağdam təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib.

Bundan əlavə, R.Şeydayevlə mübahisə edən "Sumqayıt"ın legioneri Todor Todoroski də eyni cəza ilə üzləşib. "Gənclik şəhəri"nin təmsilçisi də eyni məbləğdə ziyana düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.