İDMAN


AFFA “Qarabağ”ın müdafiəçisini cəzalandırıb

Bakı, 27 oktyabr, AZƏRTAC

AFFA İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədovu bir oyunluq cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, buna müdafiəçinin ölkə çempionatının VII turda “Zirə” ilə qolsuz başa çatan görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub isə 200 manat məbləğində cərimə olunub.

“Sabah” və “Sumqayıt”a isə 800 manat məbləğində cəza kəsib. “Sabah”ın 5 oyunçusu “Sumqayıt”a doğma meydanda 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görüb. “Sumqayıt”ın isə 4 üzvü həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.