İDMAN


AFFA “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də AFFA-nın İntizam Komitəsinin Topaz Premyer Liqasının 20-ci turu ilə bağlı növbəti iclası keçirilib.

AZƏRTAC Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının 20-ci turunda baş vermiş bir neçə qayda pozuntusuna görə cərimələr tətbiq olunub.

“Qəbələ”–“Səbail” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Həmin oyunda “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib.

“Sumqayıt”–“Neftçi” matçında meydan sahibi komandanın 4, “Neftçi”nin isə 8 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 800 manat cərimə olunub. Həmçinin “Sumqayıt”ın futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub isə 2400 manat cərimələnib. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan qovulub. Buna görə məşqçi bir oyun cəzalanıb və klub isə 800 manat cərimə edilib.

“Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə ödəməli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.