İDMAN
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının əlaqələndiricisi Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb. “Elit məşq” layihəsinin bir neçə ildir ki, tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələnin başladığını qeyd edib.
Qeyd olunub ki, hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq.
Sonra Miloş Velebit “Elit məşq” layihəsi ilə bağlı təqdimatla çıxış edib.
Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]