İDMAN


AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Bu gün AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı seminar keçirilib.

AZƏRTAC federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqa və I divizion oyunlarına təyinat alan AFFA nümayəndələri üçün təşkil edilən seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib. O, “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, eyni zamanda, maarifləndirici, hesabat xarakterli təqdimatlar edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.