İDMAN


AFFA-da klubların maliyyə menecerləri üçün seminar keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da AFFA-nın Futbol Akademiyasının inzibati binasında lisenziyalaşdırma qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, seminarda UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə fair-play qaydaları (buraxılış 2018), maliyyə fair-play qaydaları üzrə yeni it solution proqramı haqqında yeniliklər müzakirə olunub, həmçinin seminar iştirakçılarına nəzəri və praktik məşğələlər keçirilib, yeni it solution proqramı üzrə prezentasiya təqdim olunub.

Tədbirin sonunda klub nümayəndələri 2018-ci il maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.