İDMAN


AFFA məşqçilər üçün vebinar təşkil edib

Bakı, 14 sentyabr, AZƏRTAC

AFFA tərəfindən “Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçirilən vebinarda aşağı yaş qrupu üzrə komandaların məşqçiləri olmaqla 90 nəfər iştirak edib.

Vebinarda V.Mrdakoviç postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma, dözümlülük məşqləri, fiziki və funksional dəyişiklik spesifik futbol məşqləri, sürət, güc və çeviklilik məşqləri, gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi, kiçik oyunlar ilə məşqin zamanının bölünməsi mövzusunda məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.