İDMAN
AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu
Bakı, 6 dekabr, AZƏRTAC
AFFA-nın təsis olunmasının 30 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, oyunda AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əməkdaşlarından və həmin klubların çalışdırıcılarından təşkil olunmuş komanda üz-üzə gəlib.
Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb.
AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurublar.