İDMAN


AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq turnirə təyinat alıb

Bakı, 14 fevral, AZƏRTAC

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq turnirə təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin üçüncü qrupunun oyunlarının hakim-inspektoru F.Ştuxlik olacaq.

Qeyd edək ki, üçüncü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.