İDMAN
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
Bakı, 27 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 27-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının 12-ci turunda baş vermiş bir neçə qayda pozuntularına görə cərimələr tətbiq olunub.
“Sumqayıt” matçında “Zirə” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb və klub 800 manat cərimə olunub.
“Keşlə”–“Qəbələ” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
“Səbail”–“Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]