İDMAN


AFFA-nın əməkdaşı ÇSKA–“Young Boys” oyununa təyinat alıb

Bakı, 16 avqust, AZƏRTAC

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov Çempionlar Liqasının play-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Rusiya)–“Young Boys” (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, matç avqustun 23-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.