İDMAN


AFFA-nın icraçı vitse-prezidenti Cəlilabadda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti E.Məmmədov Cəlilabad şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara assosiasiyanın adından futbol geyimləri və toplar verilib.

Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.