İDMAN


AFFA-nın icraçı vitse-prezidenti Mingəçevirdə olub

Bakı, 17 noyabr, AZƏRTAC

Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov Mingəçevirdə olub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyiblər.

Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.