İDMAN


AFFA-nın icraçı vitse-prezidenti Türkiyə Futbol Federasiyasının baş katibi ilə görüşüb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Kadir Kardaşla görüşüb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov "Avro-2020" çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

K.Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, "Avro-2020"nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.