İDMAN


AFFA rəhbərliyi FIFA prezidenti ilə görüşüb

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayev ali futbol qurumunun – FIFA-nın prezidenti Cianni İnfantino ilə görüşüb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan futbolunun inkişafı ilə bağlı ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı FIFA prezidenti Cianni İnfantinonu təbrik edib.

Söhbətə zamanı FIFA ilə AFFA arasında mövcud yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.