İDMAN


AFFA və Türkiyə Futbol Federasiyası arasında VAR sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb

Bakı, 12 aprel, AZƏRTAC

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və “CBC Sport” televiziya kanalının baş direktoru Volkan Üst İstanbulda səfərdə olublar.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, səfərin məqsədi Türkiyə Futbol Federasiyasının (TFF) da tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.

Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.