ƏFQANISTANDA UNİVERSİTETLƏRƏ QƏBUL İMTAHANLARI BAŞLANDI

AZƏRTAC-ın İslamabaddan aldığı xəbərə görə, Əfqanıstanda 25900 oğlan və qız ölkənin ali məktəblərinə, o cümlədən Kabilin ən iri universitetinə qəbul imtahanları vermişdir.

İmtahanlarda iştirak edənlərin yalnız 10 min nəfəri tələbə adını qazanacaqdır. İmtahan testləri ABŞ-ın Nebraska ştatındakı universitetin müəllimləri hazırlamışlar.

Ölkənin ali təhsil naziri Məhəmməd Şərif Fayez bildirmişdir ki, birgünlük ümummilli imtahan tam ədalətli keçmiş və həm oğlanlara, həm də qızlara universitet tələbəsi olmaq üçün bərabər imkanlar vermişdir.

Təməlçi taliblər hakimiyyətdə olarkən (1996-2001) qızlara ali təhsil almaq qadağan edilmişdi. Onlar yalnız məscidlərin nəzdində, özü də ancaq 9 yaşına kimi oxuya bilərdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.