Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ƏFQANISTANIN DÖVLƏT BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KƏRZAİYƏ

Hörmətli Həmid Kərzai,

Əfqanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq, bundan sonra da davam edəcək və fayda verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin