ƏFQANISTANIN ŞİMALINDA YENİDƏN DÖYÜŞLƏR GEDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, general Əbdül Rəşid Dostumun komandanlığı ilə Əfqanıstandakı etnik özbəklərin hərbi birləşmələri ölkənin şimalındakı Fəryab əyalətində hökumət qoşunlarını atəşə tutmuşlar. Bir neçə qəza mərkəzini ələ keçirən özbəklər hazırda əyalətin paytaxtı Meymene şəhərinə yaxınlaşırlar.
Fəryabın qubernatoru Anayatulla Anayat demişdir ki, vəziyyət kəskinləşir və biz Meymenenin müdafiəsi üçün qüvvələrimizi toplayırıq.