Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ƏFQANISTAN İSLAM DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KƏRZAİYƏ

Hörmətli cənab Prezident, 

Əfqanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Əfqanıstan münasibətləri tarixi ənənələrə sadiq qalaraq, bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və sabitlik arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin