İQTİSADİYYAT
AFR AZƏRBAYCANA 270 MİLYON AVRO DƏYƏRİNDƏ İQTİSADİ YARDIM ETMİŞDİR
Almaniya Federativ Respublikası indiyədək Azərbaycana 270 milyon avro dəyərində iqtisadi yardım etmişdir.
AFR-in ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu vəsaitin 130 milyonu ikitərəfli iqtisadi münasibətlər çərçivəsində ayrılmışdır. 108 milyon avro ikitərəfli maliyyə əməkdaşlığının, qalan hissə texniki əməkdaşlığın payına düşür.
Azərbaycan-Avropa Birliyi iqtisadi əməkdaşlığı çərçivəsində ölkəmizə ayrılan maliyyə və texniki yardımın üçdə biri məhz Almaniya tərəfindən ödənilir.
Eyni zamanda bu ölkə təhsil sahəsində hər il Azərbaycana 500 min avro məbləğində təqaüd verir.