DÜNYA


AFR Müdafiə Nazirliyinin Universiteti casusluq üzrə magistr proqramı açır

Berlin, 18 yanvar, AZƏRTAC

Almaniya hökuməti başçısının dəftərxanası Bundesver Universitetində peşəkar kəşfiyyatçıların hazırlığı üzrə proqramın tədris olunması təşəbbüsü ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Bundesverə göndərilən bu ideya artıq icra mərhələsindədir. Bundan sonra xüsusi xidmət əməkdaşlarını universitet proqramı çərçivəsində hazırlayacaqlar. Bu, Almaniyada ilk dəfədir həyata keçirilir. Magistraturaya yalnız xüsusi xidmətin, hərbi kəşfiyyatın və müxtəlif nazirliklərin əməkdaşları qəbul ola bilərlər.

Proqram rəsmi şəkildə “təhlükəsizlik məsələləri üzrə kəşfiyyat və tədqiqat” adlanır. Burada kibertəhlükəsizliyə və terrorizmlə mübarizəyə geniş yer ayrılacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.