DÜNYA


AFR Prezidenti ümumi hərbi xidmətə qayıtmağın tərəfdarı olduğunu bildirib

Berlin, 13 iyun, AZƏRTAC

Almaniya dövlətinin federal Prezidenti Frank-Valter Ştaynmayer Almaniyada məcburi hərbi xidmət tətbiq edilməsi ideyasını dəstəklədiyini bildirib.

AZƏRTAC “Ştern” nəşrinə istinadla xəbər verir ki, dövlət başçısı bu mübahisəli məsələni dünyada, xüsusən Avropada təhlükəsizliyin dəyişən arxitekturası fonunda qaldırıb. Prezidentin əsas arqumenti budur ki, indiki vəziyyətdə insanlar ictimai həyata cəlb edilmir, onlar cəmiyyətdə gedən proseslərdən təcrid olunur.

Frank-Valter Ştaynmayer başlanğıc üçün bu məsələyə dair ictimai debatlar keçirilməsini təklif edib. Onun fikrincə, “məcburi xidmət” dedikdə təkcə hərbi xidmət başa düşülməməlidir. Bu, daha geniş ideyadır və Bundesverdə, orduya dəstək orqanlarında işi nəzərdə tutur. Ştaynmayer bu fikirdədir: “Xüsusi xidmət də məcburi olmalıdır. O, daha qiymətlidir. Siz öz qılafınızdan çıxır, tamamilə başqa adamlarla tanış olur, dövlətin təhlükəsizliyinin təmin edilməsi sahəsində ona kömək edirsiniz. Bu, xurafatı aradan qaldırır və ictimai ruhu möhkəmlədir”.

Gənclər üçün hərbi xidmətin məcburi olması Bundesverin yeni əsgərlər axtarışı ilə bağlı qarşılaşdığı çətinliklərin həllinə kömək edə bilərdi.

Bu halda Prezident xidmətin konkret müddətini göstərməyib. O deyib: “Xidmət müddətinin bir il olmasını təsbit etmək olar, lakin başqa variantları da nəzərdən keçirmək mümkündür”.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.