DÜNYA


AFR Səhiyyə Nazirliyi çoxdan gözlənilən xəbəri elan edib

Berlin, 20 oktyabr, AZƏRTAC

Almaniyada epidemioloji vəziyyətlə əlaqədar məhdudiyyətlər noyabrın 25-də ləğv edilə bilər.

AZƏRTAC xəbər verir ki, Almaniyanın səhiyyə naziri Yens Şpan bu gün belə bir bəyanatla ölkə ictimaiyyətini sevindirib. Bu təklif daha əvvəl regionların səhiyyə nazirləri ilə məsləhətləşmə zamanı səslənmişdi.

Nazirin fikrincə, indi ölkədə “mülayim” epidemioloji vəziyyət yaranıb. Bununla əlaqədar noyabrın 25-dən etibarən maska taxmağın, insanların təmasda olması ilə bağlı məhdudiyyətlərin və sosial məsafəyə riayət etmək tələblərinin ləğv ediləcəyi gözlənilir.

Əgər işlər Şpanın vəd etdiyi kimi gedərsə, 19 ay bundan əvvəl - keçən il martın 28-də tətbiq edilmiş fövqəladə vəziyyət rejimi başa çatacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.