DÜNYA


AFR-də elektromobil satışı həcminin aşağı olması nə ilə bağlıdır

Berlin, 14 mart, AZƏRTAC

Almaniyanın avtomobil sənayesinin rəhbərləri elektromobillərin yeni erasının gəlib çatacağına uzun müddət inanmır və daxiliyanma mühərriklərinə daha çox ümid bəsləyirdilər. AFR belə avtomobillər istehsalı üzrə dünya liderləri sırasında idi. Nəticədə bu gün elektromobillərin çoxu yalnız kağız üzərində mövcuddur. Bundan əlavə, AFR-in hakimiyyət orqanları elektromobil alıcılarına güzəştləri yalnız yaxın vaxtlarda təqdim etməyə başlayıb.

AZƏRTAC “Şpigel” nəşrinə istinadla xəbər verir ki, Almaniyada elektromobillər satışının cüzi olmasının əsas səbəbi bu iki amillə bağlıdır.

2018-ci ilin birinci yarısında Almaniyada təqribən 17 min 200 elektromobil və daha 16 min 700 hibrid mühərrikli maşın satılıb. Bu rəqəmlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artım olduğunu göstərsə də, benzinlə və dizel yanacağı ilə işləyən yeni maşınların satışı ilə müqayisədə artım cəmi 1,8 faiz olub. Bu göstərici üzrə dünyada lider olan Norveçdə isə artım 40 faizə yaxındır.

Vüqar Seyidov

AZƏRTAC–ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.