DÜNYA


AFR-də sürücülük məktəblərinin sayı azalır, sürücülük vəsiqəsi almaq istəyənlərin sayı artır

Berlin, 8 avqust, AZƏRTAC

Almaniyanın sürücülük məktəbləri yeni bir problemlə üzləşiblər.

AZƏRTAC xəbər verir ki, ölkədə sürücülük vəsiqəsi almaq üçün imtahan vermək istəyənlərin sayı çoxalır, amma sürücülük məktəblərinin çoxu bağlanır. Üstəlik, ixtisaslı təlimatçılar çatışmır. Keçən il “B” kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün 781 mindən çox şəxs imtahan verib. Bu, bir il əvvəlki ilə müqayisədə təqribən 100 min çoxdur.

Gözlənildiyinə rəğmən, pandemiya böhranı sürücülük vəsiqəsi almaq istəyənlərin sayını azaltmayıb. İstehlak qiymətlərinin kəskin artması səbəbindən bu məktəblərdə oxumağa tələbatın azalması da hələlik gözlənilmir. Çoxlarının güman etdiyi kimi müxtəlif malların qiymətinin artması da vəsiqə almaq istəyənlərin sayını azaltmayıb.

Almaniyada sürücülük vəsiqəsi almaq istəyənlər səbirli olmalıdır: ölkədə gözləmə müddəti orta hesabla 3-4 aydır. Elektromobillərlə bağlı çətinliklər də var. Əsas maneələr belə avtomobillərin çatdırılması ilə bağlı problemlər, uzun müddət gözləmək lazım gəlməsi və enerji doldurmaq üçün infrastrukturun olmamasıdır.

Hazırda AFR-də “B” kateqoriyalı avtomobil sürmək üçün vəsiqə almaq orta hesabla 2500 avroya başa gəlir. Lakin bu sahədə ixtisaslı işçilər çatışmır, sürücülük məktəblərinin sayı isə azalır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.