SİYASƏT
AFR-in Bakıdakı səfirliyinin viza və konsul şöbəsi müəyyən vaxtadək öz fəaliyyətini dayandıracaqdır
Bakı, 20 dekabr (AZƏRTAC). Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin viza və konsul şöbəsi dekabrın 24-dən yanvarın 4-dək işləməyəcəkdir.
AZƏRTAC AFR-in Bakıdakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, Almaniyaya getmək istəyənlər səfərin planlaşdırıldığı vaxtdan qışda azı 3 həftə və yayda isə azı 6 həftə qabaq www.baku.diplo.de saytında onlayn görüş təyin etməlidirlər.
Şenqen vizaları təyin olunmuş vaxtdan sonra bir iş günü ərzində verilir.
Viza almaq üçün sənədlərin verilməsi barədə bütün informasiya www.baku.diplo.de saytında Azərbaycan və rus dillərində yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]