DÜNYA


AFR-in hökumət təyyarələri parkında son 4 ayda 7 dəfə fövqəladə vəziyyət yaranıb

Berlin, 12 aprel, AZƏRTAC

“Konrad Adenauer” A340 hökumət layneri Kölndə eniş edərkən layner şassisinin şini partladığı üçün Almaniyanın maliyyə naziri Olaf Şolts Beynəlxalq Valyuta Fondunun ABŞ-da keçiriləcək illik iclasına daha kiçik ölçülü, Reykyavikdə əlavə yanacaq doldurmağa ehtiyacı olacaq laynerlə getməyə məcbur olub.

AZƏRTAC xəbər verir ki, bir həftə əvvəl Nyu-Yorkda eniş zamanı da “Konrad Adenauer” hökumət təyyarəsində analoji fövqəladə vəziyyət baş vermişdi. Həmin təyyarənin göyərtəsində Hayko Maasın başçılığı ilə Almaniya XİN nümayəndə heyəti var idi.

Ümumilikdə, son 4 ayda artıq yeddinci dəfədir ki, hökumət təyyarələri parkındakı texniki səbəblər ucbatından Almaniyanın yüksək rəhbərlərinin rəsmi səfərləri pozulub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.