DÜNYA


AFR-in hökumət təyyarəsi ilə bağlı növbəti fövqəladə hadisə baş verib

Berlin, 17 aprel, AZƏRTAC

Bundesverin uçuş xidmətinin Nazirlər Kabineti üzvlərini, federal prezidenti və bundestaqın rəhbərliyini daşıyan hava laynerinin plan üzrə keçirilən texniki uçuş zamanı növbəti dəfə fövqəladə hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, “Bombardier Global 5000” hava gəmisinin sistemlərindən birinin işində nasazlıq aşkar edilib. Bundan sonra heyət idarə etdikləri təyyarəni Şönefeld aeroportuna endirmək qərarını qəbul edib. Təbii ki, yoxlama uçuşu zamanı təyyarədə sərnişin olmayıb.

Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsi jurnalistlərə bildirib ki, təyyarəni nəzarət rejimində endirmək praktik olaraq mümkün deyildi. Eniş zamanı təyyarənin hər iki qanadı uçuş-enmə zolağına dəyib. AFR-in müdafiə naziri Ursula fon der Lyayen bildirib ki, heyət əsl qəhrəmanlıq göstərərək çox mürəkkəb şəraitdə təyyarəni endirib və bununla faciənin qarşısı alınıb.

Hazırda təyyarə texniki yoxlamadan, heyət üzvləri isə ölkənin Müdafiə Nazirliyinin klinikasında tibbi müayinədən keçirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.