ƏFSANƏVİ KARLOS ALBERTO TORRES BAKIYA GƏLMİŞDİR
AzerTAg.az
Braziliya yığma futbol komandasının əfsanəvi müdafiəçisi, 1970-ci il dünya çempionu Karlos Alberto Torres AFFA rəhbərliyinin dəvəti ilə Bakıya gəlmişdir. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tanınmış Braziliya mütəxəssisinin Azərbaycana səfərindən məqsəd təcrübə mübadiləsi aparmaq, futbolun inkişafı sahəsində əməkdaşlıq yaratmaqdır.
Karlos Alberto Torres 1970-ci ildə Meksikada keçirilən dünya çempionatının finalında İtaliya yığmasının qapısına vurulmuş toplardan birinin müəllifidir.
Braziliya futbolunun tarixində ən yaxşı müdafiəçi sonralar məşqçi kimi fəaliyyətə başlamış, müxtəlif vaxtlarda Braziliya, Misir, Oman, Nigeriya klublarının, Braziliya yığmasının məşqçisi olmuşdur.
Xatırladaq ki, Karlos Alberto Torres Azərbaycana gəlmiş bu səviyyəli ilk mütəxəssisdir.
Xəbərin mətnində orfoqrafik səhv var