SİYASƏT


ƏFV OLUNANLAR DÖVLƏTİMİZİN BAŞÇISINA MİNNƏTDARLIQLARINI BİLDİRMİŞLƏR

Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə əfv olunan 116 nəfər fevralın 12-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən müvafiq sənəd aldıqdan sonra tam azadlığa buraxılmışlar. Azadlığa çıxanlar və onların valideynləri əfv Fərmanını yüksək qiymətləndirmiş, cəzasının çəkilməmiş hissəsindən azad edildiklərinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. 

İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indiyədək dövlətimizin başçısı tərəfindən imzalanmış 30 əfv Fərmanına əsasən 2899 dustaq ailələrinə qovuşmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.