ELM VƏ TƏHSİL
AĞCABƏDİNİN HİNDARX KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI TƏHVİL VERİLMİŞDİR
Ağcabədi rayonunun Hindarx kəndində 240 yerlik yeni orta məktəb binası istifadəyə verilmişdir. Məktəb müasir avadanlıqla təchiz olunmuşdur.
Rayon İcra Hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq Aşağı Avşar, Hacılar, Minaxorlu, Şənlik kəndlərində yeni məktəb binalarının tikintisi sürətlə aparılır. Şəhərdəki 3 nömrəli məktəb üçün təzə bina inşa olunur. Rayonun 12 məktəbində əsaslı təmir işləri başa çatdırılmışdır.
Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq 4, 7, 8 nömrəli orta məktəb binalarının tikintisi, 5 məktəbin əsaslı təmiri, 3 məktəbdə 460 şagird yeri olan 23 əlavə sinif otağının inşası nəzərdə tutulmuşdur.