AĞCABƏDİNİN HİNDARX KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI TƏHVİL VERİLMİŞDİR
AzerTAg.az
Ağcabədi rayonunun Hindarx kəndində 240 yerlik yeni orta məktəb binası istifadəyə verilmişdir. Məktəb müasir avadanlıqla təchiz olunmuşdur.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq Aşağı Avşar, Hacılar, Minaxorlu, Şənlik kəndlərində yeni məktəb binalarının tikintisi sürətlə aparılır. Şəhərdəki 3 nömrəli məktəb üçün təzə bina inşa olunur. Rayonun 12 məktəbində əsaslı təmir işləri başa çatdırılmışdır.
Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq 4, 7, 8 nömrəli orta məktəb binalarının tikintisi, 5 məktəbin əsaslı təmiri, 3 məktəbdə 460 şagird yeri olan 23 əlavə sinif otağının inşası nəzərdə tutulmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var