MƏDƏNİYYƏT


AĞDAMDA ATÇILIQ TURİZM MƏRKƏZİNİN FƏALİYYƏTİ BƏRPA OLUNUR

Ağdam, 18 avqust (AZƏRTAC). Ağdamda Atçılıq Turizm Mərkəzinin fəaliyyətinin bərpası və müasir standartlara uyğun inkişaf etdirilməsi üçün atçılıq təsərrüfatı yaradılır.

AZƏRTAC xəbər verir ki, Atçılıq Turizm Mərkəzi üçün rayonun Qaradağlı kəndi ərazisində 14 hektar ərazi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Ərazidə 24 atlıq tövlənin, ilxıçı evinin, qarışıq yem və ot anbarlarının, peyinliklərin, içməli və yanğın əleyhinə su anbarlarının, elektrik qidalandırıcı mənbənin və örüş sahəsinin yaradılması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.