AĞDAMDA “HEYDƏR ƏLİYEV VƏ MİLLİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağdamda Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil atçılığı ilə “Heydər Əliyev və milli dəyərlərimiz“ mövzusunda seminar-treninq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Seminar-treninqdə rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyevin “Heydər Əliyev və milli dəyərlərimiz” mövzusunda məruzəsi dinlənilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov seminar-treninqdə məruzə etmişdir.
Seminar-treninqdə din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar iştirak etmişlər.