AĞDAMDA MİNA PARTLAMASINDAN BİR ADAM ÖLMÜŞ, ÜÇ NƏFƏR YARALANMIŞDIR

Martın 30-da Ağdam rayonu ərazisində mina partlaması nəticəsində bir adam ölmüş, üç nəfər yaralanmışdır. Bunu AZƏRTAC-a Azərbaycan Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirmişlər.

Hadisə Nərgiztəpə yaşayış məntəqəsindən 6 kilometr şimal-qərbdə, traktor fermaya doğru gedərkən baş vermişdir. Tank əleyhinə minanın partlaması nəticəsində Sabir Vəliyev həlak olmuş, Şamil Əliyev, Heydər və Kamil İbrahimovlar isə ağır bədən xəsarəti almışlar. Zərərçəkənlər Şuşa şəhərinin və Ağcabədi rayonunun sakinləridir və hazırda Quzanlı kəndinin xəstəxanasındadırlar.

Agentlikdən təssüflə bildirmişlər ki, ANAMA nümayəndələrinin minalarla bağlı təhlükənin qarşısının alınması üçün tədbirlər görməsinə baxmayaraq, bu cür hallar hələ də baş verir. 2003-cü ildə 18 hadisə baş vermiş və bunların nəticəsində 14 adam həlak olmuş, 14 nəfər isə müxtəlif xəsarətlər almışdır. Bu ilin fevrlında da dörd belə hadisə baş vermiş və nəticədə 4 adam həlak olmuş, iki nəfər yaralanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.