MƏDƏNİYYƏT


AĞDAMIN XAN ŞUŞİNSKİ ADINA MUĞAM ÜÇLÜYÜ FRANSADA ÇIXIŞ ETMİŞ, USTAD DƏRSLƏRİ KEÇMİŞDİR

Ağdam rayonunda fəaliyyət göstərən Xan Şuşinski adına muğam üçlüyü Fransaya qastrol səfərindən qayıtmışdır.

Üçlüyün rəhbəri, əməkdar incəsənət xadimi, Ümumittifaq mükafatları laureatı tarzən Rafiq Rüstəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, kollektiv 5 gün müddətində Fransanın Lill və Lion şəhərlərində çıxış etmişdir. Konsertlər anşlaqla keçmiş, fransızların böyük marağına səbəb olmuşdur. Üçlüyün çıxışı Fransanın ölkəmizdəki səfirliyinin köməyi sayəsində baş tutmuşdur.

Musiqiçilərimiz konsertdən sonra Lill konservatoriyasında tələbələrə ustad dərsləri keçmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.