REGİONLAR
AĞDAŞDA MEYVƏ-TƏRƏVƏZ YIĞIMI BAŞA ÇATMIŞDIR
Ağdaş, 20 dekabr (AZƏRTAC). Ağdaş rayonunda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır. Rayon icra hakimiyyətindən bildirmişlər ki, bu il 10 min 750 hektar sahədən 33 min 390 ton buğda, 4 min 811 hektar sahədən 15 min 463 ton arpa, 2 min 492 hektar sahədən 15 min 980 ton qarğıdalı, 1687 hektar sahədən 24 min 512 ton bostan məhsulları, 1196 hektar sahədən 2 min 288 ton çəltik, 3 min 639 hektar sahədən 53 min 810 ton tərəvəz, 1394 hektar sahədən 19 min 961 ton meyvə, 690 hektar sahədən isə 10 min 497 ton kartof toplanmışdır. Bütün bu nəticələr əvvəlki ilin göstəricilərindən yüksəkdir.
Torpaq sahiblərinə yetişdirilmiş meyvə-tərəvəz məhsullarını yerli bazara çıxarmaq üçün hər cür şərait yaradılmışdır. Hazırda rayonda gələn ilin məhsulu üçün taxıl səpini aparılır, kiçik istixanalarda pomidor və xiyar toxumları yetişdirilir, meyvə ağacları əkilir və məhsuldar bağlara aqrotexniki qulluq edilir.