REGİONLAR
AĞDAŞDA TƏSƏRRÜFATIN YENİ SAHƏSİ - KARTOFÇULUQ İNKİŞAF ETDİRİLİR
Rayonun Kürqırağı kəndlərində fermerlər və fərdi torpaq sahibləri son vaxtlar təsərrüfatın bu gəlirli sahəsinə böyük maraq göstərirlər. Bu, hər şeydən əvvəl, respublikanın istehlak bazarlarında həmin məhsula olan yüksək tələbatla əlaqədardır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, keçən il 485 hektar sahədən 6597 ton məhsul götürən ağdaşlılar bu il əkin sahələrini 500 hektara çatdırmışlar. Aprelin ortalarında yağan qar və güclü şaxtalar 200 hektaradək sahədə kartof bitkilərini məhv etmişdir. Kənd sakinləri həmin sahələrdə təkrar əkin aparmışlar.
Hazırda, kartof sahələrinə qayğı ilə qulluq göstərilir. Mütəxəssislərin rəyincə, rayonda azı 7 min ton kartof istehsal ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]