AĞIR QƏTL HADİSƏSİ TÖRƏTMİŞ CİNAYƏTKAR YAXALANMIŞDIR
2004-cü il il yanvarın 30-da Bərdədə ağır qətl hadisəsi baş vermişdir.
Bərdə şəhərinin Təbriz küçəsindəki 84 nömrəli evdə yaşayan, 1977-ci ildə anadan olmuş İlhamə Ziyad qızı Musayeva və onunla həmin evdə müvəqqəti yaşayan Ülviyyə Şəmşir qızı Musayeva qəddarcasına qətlə yetirilmişlər.
Respublika Daxili İşlər Nazirliyinin cinayət axtarışı İdarəsi, Bərdə rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində qatil, 1980-cı il təvəllüdlü, Ağdam rayonunun sakini Mənsur Musa oğlu Məmmədov 2004-cü il fevralın 6-da Sumqayıt şəhərində yaxalanaraq həbs olunmuşdur.
Cinayət faktı üzrə Bərdə rayon prokurorluğunda istintaq aparılır.