AĞIR YOL QƏZASI BAŞ VERMİŞDİR

Noyabərən 21-də günorta radələrində Astara şəhərində ağır yol hadisəsi baş vermişdir. Şəhərin Səməd Vurğun küçəsində “VAZ-21011” markalı, 07-BA 661 nömrə nişanlı avtomaşın “MAZ” markalı qaldırıcı kranı olan nömrəsiz avtomaşınla toqquşmuşdur. Yol qəzası nəticəsində VAZ-21011 markalı avtomaşının sürücüsü Zakir Əliyev, qızı Natəvan Əliyeva və gəlini Töhfə Əliyeva hadisə yerində həlak olmuşlar.

Zakir Əliyevin ağır yaralanmış həyat yoldaşı Şərəfnisə Əliyeva rayon mərkəzi xəstəxanasına çatdırılmışdır. Qəzanın səbəbi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.