MƏDƏNİYYƏT


AĞRI DAĞININ ZİRVƏSİNDƏ AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI DALĞALANDIRILMIŞDIR

Ankara, 2 sentyabr (AZƏRTAC). Türkiyənin Zəfər Bayramı münasibətilə Ağrı dağının zirvəsini fəth edən 5 azərbaycanlı alpinist dağın zirvəsində Azərbaycanın bayrağını, habelə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları yazılmış şüarları başları üzərinə qaldırmışlar.

Ağrı dağının zirvəsini fəth edən alpinistlərə sertifikatlar təqdim olunmuşdur. İğdır şəhərində keçirilən mərasimdə çıxış edən Türkiyə Alpinistlər Federasiyasının sədri Ələddin Qaraca, İğdır vailisi Amir Çiçək alpinistləri təbrik etmişlər. Azərbaycanın Qarsdakı baş konsulluğuna da tədbirin təşkilinə göstərdiyi yardıma görə təşəkkür məktubu göndərilmişdir.

Azərbaycanlı alpinistlərlə birlikdə zirvəni fəth edən Rumıniya, Bosniya və Hersoqovina, Yunanıstan, Çernoqoriya, Xorvatiya, İran, Makedoniya, Bolqarıstan, Serbiya və Türkiyə təmsilçiləri yüksək təşkilatçılığa görə Türkiyə Alpinistlər Federasiyasına təşəkkür etmişlər.

Anadolu yarımadasının ən böyük Ağrı dağında 5137 metrlik böyük və 3898 metrlik kiçik zirvələr vardır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.