ELM VƏ TƏHSİL


AĞSTAFADA 118 MƏZUN TƏLƏBƏ ADINI QAZANMIŞDIR

Ali məktəblərə qəbul imtahanları artıq arxada qalmışdır. Ağstafa rayonundan ali məktəblərə sənəd verən 470 məzundan birinci mərhələdə 118 tələbə adını qazanmışdır.

Ağstafa rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əvvəlki illərlə müqayisədə bu il ali məktəblərə sənəd verən abuturiyentlərin hazırlıq səviyyəsi daha yüksək olmuşdur. Şəhər 3 saylı, Qaçaq Kərəm və Dağ Kəsəmən kənd məktəblərində ali məktəblərə daxil olanların sayı daha çox olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.