REGİONLAR
AĞSUDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Ağsu, 11 yanvar (AZƏRTAC). 2008-ci il Ağsu rayonunun kənd təsərrüfatı məhsulları üçün uğurlu olmuşdur.
Rayon statistika idarəsindən bildirmişlər ki, xüsusilə taxılçılıqda sevindirici nəticələr qazanılmışdır. Fermerlər və fiziki şəxslər rayon tarixində rekord miqdarda – 89,7 min ton taxıl istehsal etmişlər. Bu, 2007-ci ildəkindən 9 min ton çoxdur.
Heyvandarlıq məhsulları istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. 2007-ci ildəkinə nisbətən ət istehsalı 21 ton, süd 23,3 ton, yun 2 ton, yumurta 391 min ədəd artmışdır. Heyvanların baş sayı da çoxalmışdır. Belə ki, iribuynuzlu mal-qaranın sayı 193 baş artaraq 39 min 293-ə, davarların sayı isə 146 min 787-dən 149 min 165-ə çatmışdır.
Umumiyyətlə, 2008-ci ildə Ağsuda 65 milyon 361,4 min manatlıq, yəni 2007-ci ildəkəndən 1,8 dəfə çox kənd təsərrüfatı məhsulları islehsal edilmişdir.